• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Ailə 4 qız anasının ölümündə həkimləri günahlandırır - Video

Ailə 4 qız anasının ölümündə həkimləri günahlandırır - Video
24.04.2025 11:27

Masallıda vəfat edən 4 qız anasının əri qadının ölümündə həkimləri günahlandırır. Bu barədə Bəhruz Mehbalıyev Baku Tv-yə müsahibəsində deyib. 

Bir gün öncə Masallıda 40 həftəlik hamilə qadın Masallı Rayon xəstəxanasında doğuş zamanı vəfat edib. 

"Doğum evinin müdiri bizim kənddəndir, yoldaşımın sancısı tutanda zəng etdim. Dedi ki, mənim başım ağrıyır, aparın xəstəxanaya, növbətçi həkim var, problem olsa, mən də gələcəyəm. Getdik, İlhamə Nağıyeva adlı həkim öz boynuna götürdü. İçəri girdi, ondan sonra heç bir xəbər olmadı. Sağ qolunda sistem izi var idi. Xəstəxanada heç kim də yox idi, özü də gömgöy idi. Həkim səhlənkarlığından ölüb. Ölümün səbəbini deyən yox, nə vaxt ölüb deyən yox, ölün var burada, gəl götür deyən yoxdur. "102” qaynar xəttinə zəng elədim, polisdən yardım istədim. Prokurorluq nümayəndəsi gələndən sonra baş həkim gəldi. Uşağa, ümumiyyətlə, heç bir müdaxilə etməyiblər. Ana öləndən sonra hamı qaçıb. Mənim 4 qızım var, bu 5-ci idi, arzumuz ürəyimizdə qaldı…”, - o bildirib. 

Ailənin yaxını Elsevər Mehbalıyev də bildirib ki, ölüm baş verəndən sonra xəstəxana işçilərindən kimsə onlara hansısa məlumat verməyib.

Masallı RMX-nın sözçüsü Ceyhun Hüseynov hadisə ilə bağlı açıqlama verib. O bildirib ki, doğuşa gələn qadınla bağlı bütün zəruri tibbi müayinələr aparılıb. 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə avtomobil ağaca çırpılıb - xəsarət alanlar var
Cəmiyyət 23:06
Göygöldə avtomobil ağaca çırpılıb - xəsarət alanlar var
Salyanda 2000-dən çox ot bağlaması yanıb
Cəmiyyət 20:00
Salyanda 2000-dən çox ot bağlaması yanıb
Goranboyda minik maşını ilə yük avtomobili toqquşub
Cəmiyyət 19:33
Goranboyda minik maşını ilə yük avtomobili toqquşub
İmişli Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov həbs edilib
Cəmiyyət 15:30
İmişli Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov həbs edilib
Kəlbəcər sakini Goranboyda minaya düşüb - Yenilənib
Cəmiyyət 14:56
Kəlbəcər sakini Goranboyda minaya düşüb - Yenilənib
Rüfət Səfərovun həbs müddəti uzadılıb
Cəmiyyət 13:45
Rüfət Səfərovun həbs müddəti uzadılıb
Abşeron rayonunda silah-sursat aşkarlanıb
Cəmiyyət 13:13
Abşeron rayonunda silah-sursat aşkarlanıb
Sabah 36 dərəcə isti olacaq
Cəmiyyət 12:55
Sabah 36 dərəcə isti olacaq
Şıx çimərliyi yaxınlığında açıq sahədə yanğın başlayıb
Cəmiyyət 12:01
Şıx çimərliyi yaxınlığında açıq sahədə yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol