• $ 1.7
  • € 1.9359
  • ₽ 0.020852
  • ₺ 0.0444
  • £ 2.2618

Beynəxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

Beynəxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
24.04.2025 14:59

Beynəxalq axtarışda olan Hikmət Vəliyev Ukraynanın ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə bugün Azərbaycana gətirilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Vəliyev Hikmət Xanlar oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Ukrayna Baş Prokurorunun Ofisi tərəfindən təmin edilib.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Vəliyev Hikmət Xanlar oğlunun Cinayət Məcəlləsinin 182.4-cü (xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə hədə qorxu ilə tələb etmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan hərbçiləri “KURTARAN-2025” təlimlərində iştirak edəcək
Cəmiyyət 18:58
Azərbaycan hərbçiləri “KURTARAN-2025” təlimlərində iştirak edəcək
KTMT Ermənistanın təşkilatdan çıxmadığını bəyan edib
Cəmiyyət 17:31
KTMT Ermənistanın təşkilatdan çıxmadığını bəyan edib
Sabahdan müəllimlərin iş yerinin dəyişdirilməsi üçün vakansiya seçimi mərhələsi başlayır
Cəmiyyət 17:20
Sabahdan müəllimlərin iş yerinin dəyişdirilməsi üçün vakansiya seçimi mərhələsi başlayır
Sabah Bakının 2 rayonunda qaz olmayacaq
Cəmiyyət 17:15
Sabah Bakının 2 rayonunda qaz olmayacaq
Bəzi rayonlara leysan yağacaq - Xəbərdarlıq
Cəmiyyət 16:53
Bəzi rayonlara leysan yağacaq - Xəbərdarlıq
Nəsimidə 3 avtomobil yanıb
Cəmiyyət 16:34
Nəsimidə 3 avtomobil yanıb
Meyitlərin qızıl dişlərini oğurlamaqda ittiham olunan şəxs saxlanılıb
Cəmiyyət 16:19
Meyitlərin qızıl dişlərini oğurlamaqda ittiham olunan şəxs saxlanılıb
Əvəz Zeynallı yenidən tibbi komissiyadan keçəcək
Cəmiyyət 16:08
Əvəz Zeynallı yenidən tibbi komissiyadan keçəcək
Qubada 3 nəfəri it dişləyib
Cəmiyyət 15:37
Qubada 3 nəfəri it dişləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol