• $ 1.7
  • € 1.9359
  • ₽ 0.020852
  • ₺ 0.0444
  • £ 2.2618

Əvəz Zeynallı yenidən tibbi komissiyadan keçəcək

Əvəz Zeynallı yenidən tibbi komissiyadan keçəcək
24.04.2025 16:08

“Xural” TV-nin həbsdə olan rəhbəri Əvəz Zeynallının məhkəmə prosesində onun xəstəliyinin yoxlanılması üçün tibbi şəhadətləndirilməyə göndərilməsi ilə bağlı qərar qəbul edilib. Bu barədə onun yaxınları məlumat verib.

Onun vəkili Rəşad Əliyev bildirib ki, Əvəz azadlığa buraxılması ilə bağlı sürətli və operativ qərar verilməsini istəyir.

Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə yekun ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
Əvəz Zeynallı sentyabrın 10-da Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə həbs edilib. Sentyabrın 21-də ona qarşı Cinayət Məcəlləsinin 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərə – nüfuz alveri) maddəsilə yenidən ittiham elan edilib.

Rüşvət ittihamı "Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovla bağlıdır. "Xural TV” rəhbəri 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün 20 min manat pul almaqda ittiham olunur.

Əvəz Zeynallı ona qarşı irəli sürülmüş ittihamların heç birini qəbul etmir. O, sifarişlə həbs edildiyini bildirir. "Xural TV” rəhbərinin sözlərinə görə, onu jurnalist fəaliyyətinə, tənqidlərinə görə cəzalandırmaq üçün belə ssenarilər qurulur. O, istintaq dövründə ifadə verməkdən imtina edib.

Ali Məhkəmə Əvəz Zeynallının şikayətini qismən təmin edərək cəzanı 2 ay azaldıb

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan hərbçiləri “KURTARAN-2025” təlimlərində iştirak edəcək
Cəmiyyət 18:58
Azərbaycan hərbçiləri “KURTARAN-2025” təlimlərində iştirak edəcək
KTMT Ermənistanın təşkilatdan çıxmadığını bəyan edib
Cəmiyyət 17:31
KTMT Ermənistanın təşkilatdan çıxmadığını bəyan edib
Sabahdan müəllimlərin iş yerinin dəyişdirilməsi üçün vakansiya seçimi mərhələsi başlayır
Cəmiyyət 17:20
Sabahdan müəllimlərin iş yerinin dəyişdirilməsi üçün vakansiya seçimi mərhələsi başlayır
Sabah Bakının 2 rayonunda qaz olmayacaq
Cəmiyyət 17:15
Sabah Bakının 2 rayonunda qaz olmayacaq
Bəzi rayonlara leysan yağacaq - Xəbərdarlıq
Cəmiyyət 16:53
Bəzi rayonlara leysan yağacaq - Xəbərdarlıq
Nəsimidə 3 avtomobil yanıb
Cəmiyyət 16:34
Nəsimidə 3 avtomobil yanıb
Meyitlərin qızıl dişlərini oğurlamaqda ittiham olunan şəxs saxlanılıb
Cəmiyyət 16:19
Meyitlərin qızıl dişlərini oğurlamaqda ittiham olunan şəxs saxlanılıb
Əvəz Zeynallı yenidən tibbi komissiyadan keçəcək
Cəmiyyət 16:08
Əvəz Zeynallı yenidən tibbi komissiyadan keçəcək
Qubada 3 nəfəri it dişləyib
Cəmiyyət 15:37
Qubada 3 nəfəri it dişləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol