KTMT Ermənistanın təşkilatdan çıxmadığını bəyan edib

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından ( KTMT ) çıxmayıb. Bunu təşkilatın baş katibi İmanqali Tasmaqambetov deyib.
“Ermənistan geri çəkilmədi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işində iştirakını dayandırdı", - o bildirib.
Yanvarın 15-də respublikanın müdafiə naziri Suren Papikyan bəyan edib ki, Ermənistan Rusiya ilə münasibətləri yüksək səviyyədə saxlamaqda maraqlıdır. O vurğulayıb ki, Ermənistan de-fakto KTMT-də heç bir iştirak etmir, lakin respublika Rusiya Federasiyası ilə münasibətlərə dair heç bir ikitərəfli sənədi ləğv etməyib və təşkilatı tərk etməyib.
Bundan əvvəl Ermənistan rəsmiləri bildirib ki, KTMT məsələsində nəyinsə dəyişəcəyini düşünmürlər. Onlar hesab edirlər ki, KTMT, ilk növbədə, özü mövcud olub-olmadığını anlamalıdır.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının "Sarsılmaz qardaşlıq” adlı təlimləri artıq bir dəfə 2015-ci ildə Ermənistanda keçirilib. Həmin təlimlərdə Rusiya Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının hərbçiləri, o cümlədən Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistandan olan 500-ə yaxın hərbçi iştirak edib.
2022-ci ildə KTMT ölkələrinin "Sarsılmaz qardaşlıq” hərbi təlimləri Qırğızıstanda keçirilməli idi, lakin bu ölkənin Müdafiə Nazirliyi səbəbini açıqlamadan təlimləri ləğv edib.
KTMT 1994-cü ildə qüvvəyə minib. O zaman təşkilat 9 ölkədən ibarət olub. Daha sonra Azərbaycan, Gürcüstan və Özbəkistan bu təşkilatı tərk edib.
Gülnar