Axtarışda olan şəxs Azərbaycanda tutuldu

Özbəkistan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs Azərbaycanda həbs edilib. ANN.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Özbəkistan vətəndaşı Ferat Appasov tutulub. O, Özbəkistan Respublikası Cinayət Məcəlləsinin 135-ci maddəsi (insan alveri) üzrə təqsirləndirilir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























