• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Ordusunun qida rasionu dəyişdirilir - FOTO

Azərbaycan Ordusunun qida rasionu dəyişdirilir - FOTO
13.01.2014 14:28
Azərbaycan Silahlı Qüvvələrinin qida rasionunun dəyişdirilməsi nəzərdə tutulur.Bu barədə APA-ya hökumətdəki mənbələrdən məlumat verilib. Dəyişiklik Müdafiə Nazirliyinin təklifləri əsasında aparılacaq. Hazırda bununla bağlı Müdafiə Nazirliyi, Nazirlər Kabineti və Maliyyə Nazirliyinin nümayəndələri tərəfindən müvafiq araşdırmalar və hesablamalar aparılır. Aparılacaq dəyişikliklər nəticəsində keçmiş Sovet ordusundan qalma bir sıra qidaların rasiondan çıxarılması, onların Azərbaycana məxsus yeməklərlə əvəzlənməsi nəzərdə tutulur. Əsgərlərin rasionunda hansı qidaların dəyişdiriləcəyi isə aparılacaq hesablamaların sonunda qəbul ediləcək qərarlardan asılı olacaq. Müdafiə Nazirliyi bütün hərbi hissələrdə (əvvəllər yalnız xüsusi təyinatlı hissələrdə mövcud olub) qida rasionuna əlavə olaraq meyvə və çərəzlərin daxil olunmasını təklif edib. Qeyd edək ki, 2013-cü ilin yanvar ayında Nazirlər Kabineti Silahlı Qüvvələr və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin şəxsi heyəti üçün ərzaq payı normalarının yeni siyahısını təsdiq edib. Bunadək Silahlı Qüvvələrdə hərbçilərin qidalanması 1992-ci ildə təsdiq olunmuş ümumqoşun ərzaq payı normaları əsasında həyata keçirilib. Yeni siyahıda əsgərin gündəlik qidalanması üçün müəyyən edilmiş qida məhsullarının sayı 28-dən 24-ə endirilib. Siyahıya pendir və cem, hər gün yumurta verilməsi (əvvəllər həftədə 1 dəfə) əlavə olunub. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol