• $ 1.7
  • € 1.9324
  • ₽ 0.021932
  • ₺ 0.0433
  • £ 2.2936

Babək və Şahbuz rayonlarında hərbi sursatlar aşkar edilib - Video

Babək və Şahbuz rayonlarında hərbi sursatlar aşkar edilib - Video
27.04.2025 13:06

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda Babək və Şahbuz rayonlarında müxtəlif ərazilərdə hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd 76 mm-lik BR-350 və 1 ədəd 85 mm-lik BR-365 zirehdələn top mərmisi, 2 ədəd PQ-7 idarə olunmayan raketin mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd tüstü şaşkası, 10 ədəd PK silahının 7.62 mm-lik mərmisi, 23 ədəd 5.45 mm-lik mərmi, 29 ədəd AKM-74 silahının 7.62 mm-lik mərmisi, 1 ədəd 30 mm-lik AQS-17 silahının mərmisi, 1 ədəd RPQ-7 qumbarası, 2 ədəd 100 mm-lik top mərmisi və 1 ədəd 30 mm-lik AQS-17M silahının mərmisi olduğu müəyyən edilib.

Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
İstanbuldan Gəncə və Naxçıvana yeni reys açılıb
Cəmiyyət 18:57
İstanbuldan Gəncə və Naxçıvana yeni reys açılıb
Qripə yoluxma halları artıb -Vətəndaşlara çağırış
Cəmiyyət 17:40
Qripə yoluxma halları artıb -Vətəndaşlara çağırış
İki rayonda qaz olmayacaq
Cəmiyyət 17:19
İki rayonda qaz olmayacaq
Avtovağzal gücləndirilmiş iş rejimində çalışacaq
Cəmiyyət 16:54
Avtovağzal gücləndirilmiş iş rejimində çalışacaq
“WhatsApp”da yeni funksiya işə düşüb
Cəmiyyət 16:15
“WhatsApp”da yeni funksiya işə düşüb
Bakı-Sumqayıt qatarlarının Qurban bayramı günlərindəki qrafiki açıqlanıb
Cəmiyyət 15:41
Bakı-Sumqayıt qatarlarının Qurban bayramı günlərindəki qrafiki açıqlanıb
İKT Agentliyi yazı müsabiqəsinin qaliblərini mükafatlandırıb
Cəmiyyət 15:35
İKT Agentliyi yazı müsabiqəsinin qaliblərini mükafatlandırıb
Bu il 116 min 222 şagird məzun olur
Cəmiyyət 14:36
Bu il 116 min 222 şagird məzun olur
15 yaşlı məktəbli üçüncü mərtəbədən yıxılıb
Cəmiyyət 14:21
15 yaşlı məktəbli üçüncü mərtəbədən yıxılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol