• $ 1.7
  • € 1.9272
  • ₽ 0.020463
  • ₺ 0.0442
  • £ 2.2589

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunarsa, nə baş verəcək?- ŞƏRH

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunarsa, nə baş verəcək?- ŞƏRH
28.04.2025 16:45

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunması gözlənilir. Bunu əmək və əhalinin sosial müdafiə naziri Anar Əliyev bildirib.

“Azərbaycanda Əmək Məcəlləsində 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır. Bu dəyişikliklər əsasən məsafədən işin tənzimlənməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi, ailə üzvləri olan işçilərə və qadınlara ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı müəddəaların və sair məsələləri nəzərdə tutur”,- nazir aprelin 28-də Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda beynəlxalq konfransda deyib.

Milli məclisin deputatı Razi Nurullayev bildirir ki, saatlıq əmək haqqı modeli əmək bazarında çevikliyi artırmaq məqsədi daşıyır.

" Əmək Məcəlləsinə ediləcək dəyişikliklərlə əmək haqqının aylıq deyil, saat hesabı ilə ödənilməsi imkanı yaradılır. Bu dəyişiklik həm dövlət, həm də özəl sektoru əhatə edəcək. Saatlıq əmək haqqı modeli əmək bazarında çevikliyi artırmaq məqsədi daşıyır. Xüsusilə qısa müddətli, mövsümi və yarımştat işlərdə bu sistem daha effektiv tətbiq olunacaq. İşçilər faktiki işlədikləri saatlar üzrə əmək haqqı alacaq, bu isə həm işəgötürən, həm də işçi üçün daha şəffaf və ədalətli əmək münasibətlərinin formalaşmasına şərait yaradacaq",- deputat vurğulayıb.

Deputat bildirir ki,  yeni sistem gənclər, eyni zamanda  tələbələr üçün əlavə gəlir əldə etmək imkanı yaradacaq.

"Yeni qanunla gənclər və tələbələr öz istəklərinə uyğun olaraq qismən və ya tam ştatda işləyə, iş saatlarını daha elastik şəkildə planlaya biləcəklər. Eyni zamanda, işəgötürənlər resurslardan daha səmərəli istifadə edərək əmək məhsuldarlığını artıra biləcəklər. Bununla belə, bəzi ehtiyat tədbirlərinin görülməsini vacib hesab edirəm. Saatlıq əmək haqqı sisteminin tətbiqi zamanı minimal saatlıq əmək haqqı səviyyəsi qanunvericilikdə açıq şəkildə müəyyənləşdirilməlidir. Həmçinin, iş vaxtının elektron uçotu sistemləri geniş tətbiq olunmalı, işçilərin hüquqları ilə bağlı maarifləndirmə işləri gücləndirilməlidir. Bu addımlar sistemin sui-istifadə hallarına qarşı müdafiəsini təmin edəcək",- deputat əlavə edib.

Deputat vurğulayıb ki, saatlıq əmək haqqı modeli dünyanın bir çox inkişaf etmiş ölkələrində uğurla tətbiq edilir.

"Azərbaycanın da bu təcrübədən faydalanaraq öz əmək bazarında müasir, çevik və ədalətli sistem quracağını düşünürəm. Dəyişikliklərin düzgün həyata keçirilməsi həm işçi hüquqlarının qorunmasına, həm də ümumilikdə iqtisadi inkişafın sürətlənməsinə töhfə verəcək"- Nurullayev bildirib.

İqtisadçı ekspert Akif Nəsirlinin fikrincə, Azərbaycan bu qanuna keçməyə hazır deyil.

"Saatlıq əmək haqq çoxdan gündəmdədir. Ancaq  bu məsələnin  mahiyyətindən heç kim danışmır. Aylıq minimum əməkhaqqı, günlük minimum əməkhaqqı, saatlıq minimum əməkhaqqı bunların hamısı işçinin dəyərləndirilməsi üçün vacib olan elementlərdir. Bu gün minimum əməkhaqqı orta aylıq əməkhaqqının 40 faizinə bərabərdir. Biz minimum əməkhaqqı ilə ehtiyaclarımızı ödəyə bilmiriksə, saatlıq əməkhaqqı ilə necə ödəyə bilərik? Azərbaycanda bu cür məsələlərin qəbul edilməsi nəzəri baxımından lazımdır. Ancaq, bizdə bu mexanizm işləmir. Aylıq minimum əməkhaqqının müəyyən edilməsi missiyasını yerinə yetirə bilmirksə, digər missiyaları necə yerinə yetirək? Minimum əməkhaqqı ən asan missiyadır. O birirlər daha ağırdır. Azərbaycan bu qanuna keçməyə hazır deyil",- ekspert bildirib.

Ekspert əlavə edib ki,  Azərbaycanda işə götürənlər qanunu əksər hallarda pozurlar.

"Hökümətin bunların qarşısını alması üçün mükəmməl mexanizmi yoxdur. Belə bir mexanizm formalaşmayıb. Bunu formalaşdırmaq üçün dünya praktikasına nəzər yetirmək lazımdır. Sahibkar niyə işçinin qanunlarənı pozur?  Bu kimi halların qarşısının alınması yollarını öyrənməliyik",- Nəsirli əlavə edib.

Beynəlxalq təcrübədə necədir?

ABŞ-da minimum saatlıq əməkhaqqı 2025-ci ilə qədər 7.25 ABŞ dollar təyin edilib.

Almaniyada 2024-cü ildən minimum saatlıq əməkhaqqı təxminən 12.41 avrodan hesablanır.

Fransada  saatlıq minimum əməkhaqqı 2024-cü ilin əvvəlinə kimi 11.65 avro civarında olub. Daha sonra isə bu məbləğ dəyişib.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunarsa, nə baş verəcək?- ŞƏRH
Cəmiyyət 16:45
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunarsa, nə baş verəcək?- ŞƏRH
Ötən il Azərbaycanda bağlanan və yeni açılan iş yerlərin sayı açıqlanıb
Cəmiyyət 13:13
Ötən il Azərbaycanda bağlanan və yeni açılan iş yerlərin sayı açıqlanıb
"Azərişıq" Qarabağı 100% işıqla təmin edib - REPORTAJ
Cəmiyyət 16:58
"Azərişıq" Qarabağı 100% işıqla təmin edib - REPORTAJ
11 ayda qeyri-neft ixracının dəyəri açıqlanıb
Cəmiyyət 15:23
11 ayda qeyri-neft ixracının dəyəri açıqlanıb
Kənd məhsullarının dəyəri 1,2% artıb - Rəsmi
Cəmiyyət 16:19
Kənd məhsullarının dəyəri 1,2% artıb - Rəsmi
Yanvarda 2,5 milyard manatlıq ərzaq satılıb
Cəmiyyət 13:23
Yanvarda 2,5 milyard manatlıq ərzaq satılıb
Bəzi bank kartlarında yaranan problem nə ilə bağlıdır? - Şərh
Cəmiyyət 12:19
Bəzi bank kartlarında yaranan problem nə ilə bağlıdır? - Şərh
Son 4 ildə büdcə proqnozları özünü doğrultmur - Vüqar Bayramov
Cəmiyyət 12:11
Son 4 ildə büdcə proqnozları özünü doğrultmur - Vüqar Bayramov
Yoxsulluğun  səviyyəsi 0,5% azalıb -  Bir qism bunu doğru, bir qism isə yalan adlandırır/TƏHLİL
Cəmiyyət 17:59
Yoxsulluğun səviyyəsi 0,5% azalıb - Bir qism bunu doğru, bir qism isə yalan adlandırır/TƏHLİL
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol