Azərbaycan səhiyyə qurumlarının nümayəndələri Böyük Britaniyada səfərdədir

TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndə heyətinin Böyük Britaniyaya rəsmi səfəri başlayıb.
Nümayəndə heyəti Kral Ümumi Tibb Təcrübəçiləri Kolleci və GSK şirkətinin nümayəndələri ilə görüşlər keçirib, səhiyyə sahəsində qabaqcıl təcrübələr və innovasiyalar haqqında dəyərli məlumatlar əldə edib.
Səfərin xüsusi məqamlarından biri lord Con Alderdayss ilə nahar zamanı gələcək əməkdaşlıq imkanlarının müzakirəsi olub.
Səfərin məqsədi Azərbaycan və Böyük Britaniya arasında səhiyyə sahəsində əməkdaşlığı gücləndirmək və təcrübə mübadiləsi aparmaqdır.
Son xəbərlər
Daha çox 