• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

150 mənzil minimum 954 manat ödəməklə kirayə satışa çıxarılacaq

150 mənzil minimum 954 manat ödəməklə kirayə satışa çıxarılacaq
07.05.2025 16:16

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakının Binəqədi rayonunun Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində daha 150 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib. Bu barədə Fondan bildirilib. 

Yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 954 manatdan başlayır.

Yeni mənzillər seçim üçün mayın 15-dən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir.

Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsi (www.mcgf.gov.az) və rəsmi Youtube kanalı (//www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.

İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 6 978 kirayə müqaviləsi bağlanıb. 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda avtomobil istehsalı azalıb - DSK
Cəmiyyət 12:29
Azərbaycanda avtomobil istehsalı azalıb - DSK
Sabah Bakıda yağış yağacaq
Cəmiyyət 12:15
Sabah Bakıda yağış yağacaq
Ölkədə tütün istehsalı azalıb
Cəmiyyət 12:13
Ölkədə tütün istehsalı azalıb
Gələn ildən Qarabağ Universitetində STEAM ixtisası tədris olunacaq
Cəmiyyət 12:01
Gələn ildən Qarabağ Universitetində STEAM ixtisası tədris olunacaq
Cari ildə övladlığa uşaq götürən subay şəxslərin sayı açıqlanıb
Cəmiyyət 11:59
Cari ildə övladlığa uşaq götürən subay şəxslərin sayı açıqlanıb
On ayda informasiya xidmətlərinin həcmi 8%-dən çox artıb
Cəmiyyət 11:38
On ayda informasiya xidmətlərinin həcmi 8%-dən çox artıb
Azərbaycanda müntəzəm marşrutlar üzrə işləyən avtomobillərin yürüşünə limit qoyulub
Cəmiyyət 11:01
Azərbaycanda müntəzəm marşrutlar üzrə işləyən avtomobillərin yürüşünə limit qoyulub
Cinayətdə şübhəli bilinən53 nəfər saxlanılıb
Cəmiyyət 10:36
Cinayətdə şübhəli bilinən53 nəfər saxlanılıb
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Cəmiyyət 10:34
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol