• $ 1.7
  • € 1.9648
  • ₽ 0.021314
  • ₺ 0.0418
  • £ 2.2585

Azərbaycanda bitki xəstəliklərini aşkar edən mobil tətbiq yaradılıb

Azərbaycanda bitki xəstəliklərini aşkar edən mobil tətbiq yaradılıb
07.05.2025 17:19

Kənd Təsərrüfatı Nazirliyinin Bitki-Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə birlikdə bitki xəstəliklərini müəyyən edən mobil tətbiq (“HealWith”) hazırlayıb.

Bunu nazirliyin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib.

"Mobil tətbiq xəstəliyin müalicəsi ilə bağlı da istifadəçini məlumatlandırır. Məhz süni intellekt sayəsində indi yalnız xəstəliyin simptomlarını deyil, həm də konkret patogenləri müəyyən etmək, bitki-patogen qarşılıqlı əlaqəsini anlamaq, həm torpaqda, həm də bitkilərdə qida çatışmazlığını təhlil etmək mümkündür. Süni intellektlə bağlı proqram təminatı ayrı-ayrı bitkilərin xəstəliklərini dəqiq müəyyənləşdirməyə və məlumatları emal etməyə imkan verir", - deyə o qeyd edib.

Cəfərov əlavə edib ki, mobil tətbiq fermerlərə su, gübrə və pestisidlər kimi resurslardan daha optimal istifadə etmək kimi üstünlüklər də verir: "Bu dəqiq əkinçilik nəinki sahədən toplanan məhsulun məhsuldarlığını və keyfiyyətini artırır, eləcə də tullantıları və ətraf mühitə mənfi təsirləri minimuma endirir. Eyni zamanda bu vasitə aqronomun işinə də kömək edir”.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Lənkəranda ikimərtəbəli ev yanıb
Cəmiyyət 00:13
Lənkəranda ikimərtəbəli ev yanıb
Bakı–İstanbul reysi texniki səbəbdən təxirə salınıb
Cəmiyyət 22:30
Bakı–İstanbul reysi texniki səbəbdən təxirə salınıb
Bərdədə yas mərasimlərində ehsan verilməsi dayandırılıb
Cəmiyyət 17:41
Bərdədə yas mərasimlərində ehsan verilməsi dayandırılıb
Ramananın bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 16:17
Ramananın bəzi ərazilərində işıq olmayacaq
Xaçmazda şaftalı festivalı keçiriləcək
Cəmiyyət 15:56
Xaçmazda şaftalı festivalı keçiriləcək
Gömrük gəlirləri 7 ayda 3,59 milyard manat təşkil edib
Cəmiyyət 15:31
Gömrük gəlirləri 7 ayda 3,59 milyard manat təşkil edib
Lisey və gimnaziyalara seçim prosesi başlayıb
Cəmiyyət 15:10
Lisey və gimnaziyalara seçim prosesi başlayıb
Onlayn avtobus bileti alanlara Qarabağa səfər üçün avtomatik icazə verilir
Cəmiyyət 14:43
Onlayn avtobus bileti alanlara Qarabağa səfər üçün avtomatik icazə verilir
Ölkəyə gətirilən 30 kiloqram narkotik aşkarlanıb
Cəmiyyət 13:40
Ölkəyə gətirilən 30 kiloqram narkotik aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol