• $
  • €
  • ₽
  • ₺
  • £

“Kommunal xidmətlərdə qiymət artımı mütləq olacaq” - DEPUTAT

“Kommunal xidmətlərdə qiymət artımı mütləq olacaq” - DEPUTAT
11.01.2014 10:47

Yaxın aylarda kommunal xidmətlərdə tariflər bahalaşacaq. Millət vəkili Vahid Əhmədov da bunu inkar etmir. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, yanacağın qiymətinin bahalaşması bütün sahələrdəki qiymətlərə təsir edəcək. 

“Yanacağın qiyməti qalxıb. İstər-istəməz yanacağın tarifi bahalaşanda bütün sahələrə təsir edir. Deyirlər ki, nəqliyyatın qiymətində artım baş verməyəcək. Nəqliyyat da yanacaqla işləyir. Bunun qiyməti qalxmalıdır. Biz istəsək də, istəməsək də. O cümlədən kommunal xidmətlər, işıq və qaz. Əlbəttə, bütün bunları eyni dəyərdə saxlamaq da olar. Amma yenə də deyirəm, yanacaq elə bir məhsuldur ki, bütün sahələrə təsir edir. Məsələn, deyirdilər ki, bazarda qiymət bahalaşması olmayacaq. İndi bazara baxın. Bütün ərzaq mallarında bahalaşma var”. 

Müəyyən müddətə qiymət bahalaşmasının yubatmağın mümkün olduğunu deyən deputatın sözlərinə görə, əsas diqqəti qiymət bahalaşmasına yox, süni qiymət artımına yönəltmək lazımdır. 

Vahid Əhmədov yaxın yarım il ərzində qiymətlərin bahalaşmasına inanmır. “Qiymət bahalaşmasını müəyyən müddətə yubatmaq olar. Amma çox uzun müddətə yox. Gərək dövlət bununla bağlı dotasiya versin. Təəssüflər olsun ki, bizdə süni qiymət artması da çox olur. Məsələn, yanacağın qiyməti 10% artıbsa, məhsulun qiymətini 50% artım olur. Qiymət bahalaşmasından istifadə halları çoxalır. Buna ciddi nəzarət lazımdır. Belə davam etsə, maaşlardakı artım yox olub gedəcək. Əsas bütün sahələrdə qiymətin süni şəkildə artırılmasına nəzarət olmalıdır. Monitorinqlər aparılmalıdır. Yaxın yarım il ərzində qiymətlərin artırılmasına inanmıram. Çünki ərzaq və qeyri-ərzaq qiymətləri ilə bərabər kommunal xidmətlərin də bahalaşması orta və aşağı təbəqə üçün ağır nəticələr verə bilər. Odur ki, Azərbaycan hökumətinin buna getməsinə inanmıram”.

Modern.az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol