• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda etiraz edən bələdçilərə 2 dəfədən artıq maaş - VİDEO

Bakıda etiraz edən bələdçilərə 2 dəfədən artıq maaş - VİDEO
11.01.2014 09:17
Dünən Azərbaycan Dəmir Yolları QSC nin kişi bələdçiləri etiraz aksiyası keçirib. Anspress xəbər verir ki, qatar bələdçilərinin etirazına səbəb onların MDB ölkələri istiqamətindəki xətlərdən çıxarılaraq beynəlxalq xətlərə qadın bələdçilərinin yerləşdirilməsidir. Beynəlxalq qatarlardan çıxarılan kişi bələdçilər isə yerli rayonlar arası qatarlara yerləşdirilib. Bələdçilər isə bu işdə işləməkdən imtina ediblər. Onların sözlərinə görə burada əmək haqqı çox aşağıdır.Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov hadisə yerinə gəlib. Onun etirazçılarla söhbətindən belə başa düşdük ki, kişi bələdçilərin beynəlxalq qatar reyslərindən çıxarılmasına səbəb heç də qadınlara olan xoş münasibət deyil. Sadəcə olaraq kişi bələdçiləri xarici dil bilmə səviyyələri o qədər də yaxşı olmadığından rəhbərlik bu qərarı vermək məcburiyyətində qalıb. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sərnişin daşınma departamentinin rəisi Elyar Muradov isə vəzifəsindən kənarlaşdırılan hər bir bələdçinin yeni işlə təmin olacağını və onlara beynəlxalq qatarlarda verilən məvacibdən tam 2 dəfə artıq maaş veriləcəyini bildirdi. Departament rəisi onu da bildirdi ki, eyni vaqonda qadın və kişi bələdçi birgə fəaliyyət göstərə bilməz. Əgər vaqonlarda qadın bələdçilər fəaliyyət göstərirsə, həmin qatarın rəisi də qadın olmalıdır. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol