• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Ağdam, Əsgəran, Xocalı və Xankəndi arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq

Ağdam, Əsgəran, Xocalı və Xankəndi arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq
11.05.2025 17:07

3200 KVA gücündə “Xocalı” yarımstansiyası bir neçə sahəni fasiləsiz elektrik enerjisilə təmin edəcək.Bunu  "Azərişıq" ASC-nin Qarabağ Regional Enerji Təchizatı və Satışı idarəsinin baş mühəndisi Mübariz Zərbəliyev deyib.

O, qeyd edib ki, "Xocalı" Yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi Xocalı rayonu ərazisində inşa edilmiş yeni yaşayış komplekslərinin, həmçinin kənd təsərrüfatı, turizm obyektlərinin, xüsusilə də sosial-iqtisadi təyinatlı müxtəlif sahələrin fasiləsiz elektrik enerjisi təminatını həyata keçirmək məqsədi daşıyır.

Zərbəliyev əlavə köməkçi xətlər barədə də məlumat verib: "Yarımstansiyanın elektrik təchizatı üçün “Xankəndi-1” və “Əsgəran” yarımstansiyalarından müvafiq elektrik verilişi xətləri çəkilib. Bu yarımstansiya həmçinin tikintisi aparılan 35 kV-luq elektrik verilişi xətti vasitəsilə “Ağdam-2” yarımstansiyası ilə əlaqələndiriləcək ki, bununla da Ağdam, Əsgəran, Xocalı, Xankəndi şəhərləri arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq".

Yarımstansiya, elektrik enerjisinin ötürülməsi zamanı itkilərin və ümumi istismar xərclərinin azaldılmasına da şərait yaradır. Rəqəmsal İdarəetmə Mərkəzində 52 kVt gücündə Günəş panelləri də quraşdırılıb və istehsal olunan enerjinin şəbəkəyə ötürülməsi təmin edilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Həftəsonu kartlardan 5 min manatdan çox vəsait oğurlanıb
Cəmiyyət 10:39
Həftəsonu kartlardan 5 min manatdan çox vəsait oğurlanıb
Prezident Bakı Ekspo Mərkəzində rəsmi açılışda iştirak edir
Cəmiyyət 09:46
Prezident Bakı Ekspo Mərkəzində rəsmi açılışda iştirak edir
Bu gün Yasamalda qaz olmayacaq
Cəmiyyət 09:37
Bu gün Yasamalda qaz olmayacaq
Lerikdə zəlzələ olub
Cəmiyyət 09:29
Lerikdə zəlzələ olub
Xaçmazda görmə əngəlli qadını öldürən şəxs saxlanılıb
Cəmiyyət 23:42
Xaçmazda görmə əngəlli qadını öldürən şəxs saxlanılıb
Şəmkirdə minik avtomobili dərəyə aşıb, xəsarət alanlar var
Cəmiyyət 23:00
Şəmkirdə minik avtomobili dərəyə aşıb, xəsarət alanlar var
Bakıda cəzaçəkmə müəssisəsində binanın dam örtüyü uçub
Cəmiyyət 22:36
Bakıda cəzaçəkmə müəssisəsində binanın dam örtüyü uçub
Kəlbəcərdə traktor minaya düşüb - Yenilənib
Cəmiyyət 21:07
Kəlbəcərdə traktor minaya düşüb - Yenilənib
Qəbul imtahanına düşən bir sualda texniki səhvə yol verilib - DİM-dən AÇIQLAMA
Cəmiyyət 20:51
Qəbul imtahanına düşən bir sualda texniki səhvə yol verilib - DİM-dən AÇIQLAMA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol