İnsan alverçilərinin cinsi məsubiyyətində qadınlar çoxluq təşkil edir

Son 19 ildə insan alverçilərinin cinsi məsubiyyəti arasında qadınlar 85% təşkil edir. Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının parlamentdə müzakirəsi zamanı deyib.
O qeyd edib ki, məsuliyyətə cəlb edilən qadınların sayı 552-i, kişilərin sayı isə 98 nəfərdir.
Deputat 2005-2024-cü illərdə məhkəmə məsuliyyətinə cəlb edilmiş insan alverçiləri – 650 nəfər (ötən il 636) tolduğunu açıqlayıb.
Ağır Cinayətlər Məhkəməsi tərəfindən insan alverçilərinə tətbiq edilən cəzalar – 1-i azadlıqdan məhrum etmə, 4-ü şərti cəza olub.
Gülnar Nazimqızı