Transmilli qüvvlərə qarşı mübarizəni gücləndirmək lazımdır - Deputat

Azərbaycanda transmilli qüvvələrə qarşı mübarizəni gücləndirilməsinə ehtiyac var. Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
"Nəzərə almaq lazımdır ki, Azərbaycana viza verilməsi məsələsi asanlaşıb. Ölkəyə gələn turistlərin də sayı çoxdur. Transmilli qüvvələr var ki, onlara qarşı mübarizəni gücləndirməliyik. Məsələn Azərbaycandan xaricə oxumaq istəyən tələbələrə viza verilmir, amma saxta yollarla tələbə adı olanlara rahat viza verilir. Sonra da bəlli olur ki, tələbə adı ilə başqa ölkələrdə oxumaq adı ilə başqa işlərlə məşğul olublar", - deputat İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının parlamentdə müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, ucqar kəndlərdə vətəndaşların televiziyalara əli çatmaya bilər, bunu nəzərə alaraq sosial şəbəkələrdə maarifləndirmə işlərini gücləndirməyə ehtiyac var.
Gülnar Nazimqızı