• $
  • €
  • ₽
  • ₺
  • £

"28 May" metrosundakıı sürüşkənlik aradan qaldırıldı - FOTOLAR

"28 May" metrosundakıı sürüşkənlik aradan qaldırıldı - FOTOLAR
10.01.2014 14:03
"28 May" stansiyasının platformasından sonra əsas giriş-çıxış pavilyonunda da son tamamlama işləri başlanılıb. ANS PRESS-in metropolitenin saytına istinadən verdiyi məlumata görə, "28 May" stansiyasının platforması kimi, tamamilə yeni görkəm alacaq yuxarı vestibüldə də müasir dövrün tələblərinə uyğun sistem və avadanlıqlar quraşdırılıb. Eyni zamanda, dizayn işlərində də texniki vasitələrdən istifadə olunub.Stansiyada görülən işlərin əsas işi icraçısı "Azəraqrartikinti" ASC-nin sahə rəisi Soltan Soltanov qeyd edib ki, artıq sərnişinlər də əyani müşahidə edirlər ki, vestibüldə və platofrmada divar və döşəmənin mərmər və qranit təbəqəsinin yenilənməsi əsasən başa çatdırılıb:"Müəyyən çətinlik döşəmə təbəqəsi vurularkən yaranıb. Çünki sərnişinlərin stansiyadan istifadə etməsi məhdudlaşdırılmadı. Bununla belə, çətinliklər hər kəsin gördüyü kimi müvəqqəti oldu və tədbirlər planına uyğun olaraq, xüsusi aqreqatla döşəmə cilalanıb. Bununla sürüşkənlik aradan qaldırılıb, həm də səthin hamarlığı təmin edilib. Son mərhələdə təhlükəsizlik zolağının quraşdırılması və stansiyada memarlıq elementlərinə əməl olunaraq, tematik bədii-qrafik işlərin aparılması yerinə yetiriləcək. Bundan əlavə, bir sıra texniki və təmir işləri də son tamamlama mərhələsindədir. Gümbəz formalı çıxışın üzərində "dartma tavan" adlandırdığımız forma yenidən yığılıb. Hamarlanmaqla tavanı yenidən rəngləmək olardı. Amma, isttənilən halda, nahamarlıq qalacaqdı. Xüsusi parça materialdan üzləmə ilə tavana ahəngdar mozaiklik effekti verilib, çilçıraq işıqlandırmasının təsiri artıb".Soltan Soltanov həmçinin bildirib ki, fasadda xüsusi işıqlanma sistemi tətbiq olunacaq. "Azəraqrartikinti" ASC-nin sahə rəisi burada rənglərin geniş çalarının və axıcılığın stansiya girişinin görkəmini dəyişdirəcəyini deyib.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol