Vətəndaşların kartından son 1 gündə nə qədər vəsait oğurlanıb?

Son bir gündə vətəndaşların kart hesabından 11 min manatdan çox vəsait oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
"Mayın 15-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 3200, 3118, 999, 908, 800, 700, 441, 393, 361, 258, 254, 150, 112, 83, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb",- məlumatda deyilir.
DİN bir daha vətəndaşları şübhəli zənglərə cavab verməməyi və kart hesablarındakı məxfiliyi bölüşməməyi tövsüyə edir.
Daxili İşlər Nazirliyi son bir neçə gün ərzində vətəndaşların kart hesablarından 500 min manatdan çox vəsait oğurlandığını açıqlamışdı.
Gülnar