Deputat təklif edir ki, təqaüd yaşına az qalan həkimlər imtahan verməsin

Təqaüd yaşına yaxın olan həkimlərin sertfikasiya imtahanından azad olunmasına ehtiyac var. Bunu Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov deyib.
"Nəzərə alsaq ki, təqaüd yaşı 65-dir, bu halda 63 və 64 yaşında olan həkimlərin sertfikasiyadan azad olunmasına ehtiyac var. Çünki onlar imtahandan sonra bir il işləyəndən sonra işdən azad edilir. Bu imtahanlar onlar üçün könüllü olmalıdır", - deputat bildirib.
Qəhrəmanov həmçinin təklif edir ki, təltifnamə alan həkimlər də sertfikasiya imtahanından azad olmalıdır.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 