Hacı Vəliyevin ödəniş kartı ilə bağlı bloklanma həyata keçirilməyib - ƏƏSMN

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin ödəniş kartı ilə bağlı hər hansı bloklanma həyata keçirilməyib və hər iki ödəniş hazırda aktiv şəkildə davam etdirilir. Bu barədə anews.az-ın sorğusuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Bildirilib ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən Vəliyev Hacı Fəxrəddin oğluna müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü və güzəştli şərtlərlə əmək pensiyası ödənilir.
Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunur.
Aytac
Son xəbərlər
Daha çox 