Azərbaycan məktəbliləri ABŞ-da keçirilən müsabiqədə bürünc medal qazanıb

10-16 may tarixlərində ABŞ-ın Ohio ştatının Kolumbus şəhərində Beynəlxalq Elm və Mühəndislik yarışması təşkil edilib.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, yarışmada sistem proqram təminatı (“Systems Software”) sahəsində yarışan Avropa Azərbaycan Məktəbinin şagirdi Nicat Tağızadə və Bakı şəhəri 143 nömrəli tam orta məktəbin şagirdi Tural Abdinli müsabiqədə bürünc medal qazanıblar.
Artıq 14 ildir ki Azərbaycan məktəbliləri bu yarışda iştirak edir və ötən il də olduğu kimi bu dəfə də “Grand” mükafat qazanmağa müvəffəq olublar.
Beynəlxalq Elm və Mühəndislik Sərgisi (“Regeneron ISEF”) şagirdlər arasında keçirilən dünyanın ən böyük qlobal elm yarışmasıdır.
Son xəbərlər
Daha çox 