Azərbaycanda taksi istifadəçilərinin sayında cüzi azalma qeydə alınıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda minik taksiləri ilə 25 514 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 0.1% azdır.
Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, ötən ilin müvafiq dövründə ölkədə minik taksiləri ilə 25 539.5 min sərnişin daşınıb.
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 582 100.8 min sərnişin daşınıb, bu da illik müqayisədə 6.6% artım deməkdir.
Son xəbərlər
Daha çox 