Şabranda minik və yük avtomobili toqquşub, iki nəfər ölüb

Şabranda yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Bakı – Quba – Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində baş verib.
“Renault” markalı minik avtomobilinin və yük maşınının (TIR) toqquşması nəticəsində iki nəfər hadisə yerində ölüb.
Qəzaya səbəb kimi minik avtomobilinin qarşı hərəkət zolağına çıxması göstərilir.
Faktla bağlı araşdırma aparılır.