Əlibıçaqlı qadın avtobusda təşviş yaradıb- VİDEO

Bakıda marşrut avtobusuna əlində bıçaqla daxil olan qadın digər sərnişinlərin təşviş keçirməsinə səbəb olub.
Hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.
“Çinar Trans” MMC-yə məxsus olan “King Long” markalı avtobusa (bu avtobuslar yalnız 133 və 165 saylı xətlərdə istismar edilir) bıçaqla daxil olan yaşlı qadın digər sərnişinləri hədələməyə başlayıb.
Sərnişinlərin əksəriyyəti bu vəziyyətdən narahat olaraq kənara çəkiliblər.
DİN-in Mətbuat xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, ictimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən 1957-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən saxlanılıb. Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunamüvafiq tədbirlər görülüb.
Son xəbərlər
Daha çox 