• $
  • €
  • ₽
  • ₺
  • £

Prokuror “Abzas Media” işi üzrə 6 nəfərə 11-12 il həbs tələb edib

Prokuror “Abzas Media” işi üzrə 6 nəfərə 11-12 il həbs tələb edib
20.05.2025 16:50

Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Məmmədovun sədrliyi ilə “Abzas Media” işi üzrə növbəti məhkəmə iclası keçirilib.

İclasda dövlət ittihamçısı Əli Malışov çıxış edərək təqsirləndirilən şəxslər – Ülvi Həsənli, Fərid Əhmədov və Hafiz Babalı üçün 12 il, Məhəmməd Kərkalov üçün 11 il, Sevinc Vaqifqızı və Nərgiz Absalamovaya isə hər birinə 11 il azadlıqdan məhrumetmə cəzası verilməsini məhkəmədən tələb edib.

Adıçəkilən jurnalistlər bir neçə aydır həbsdə saxlanılır və onlara qarşı Cinayət Məcəlləsinin qaçaqmalçılığı nəzərdə tutan maddəsi ilə ittihamı irəli sürülüb.

Müdafiə tərəfi ittihamların əsassız olduğunu və onların  jurnalist fəaliyyətləri ilə bağlı həbs edildiyini bildirib. 

Növbəti məhkəmə prosesi iyunun 10-na təyin olunub.

Aytac Zeynalova 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol