Sumqayıtda partlayış baş verib,xəsarət alanlar var- Yenilənib

Sumqayıtda müəssisədə partlayışda beş nəfər xəsarət alıb, üçünün vəziyyəti ağırdır.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, Sumqayıt şəhərində baş verən partlayış səbəbindən mayın 20-si saat 12:20 radələrində beş kişi Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən üç nəfər Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunur.
Digər iki nəfərin müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağırdır.
****
Sumqayıtda yerləşən sənaye müəssisələrindən birində partlayış baş verib. Hadisə şəhərin sahil küçəsində yerləşən zavodlardan birində qeydə alınıb.
Bildirilib ki, əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub. Hadisə nəticəsində ilkin məlumata görə, 3 nəfər xəsarət alıb.
Hazırda partlayışın səbəbləri araşdırılır, ərazidə təhlükəsizlik tədbirləri görülməkdədir.
Son xəbərlər
Daha çox 