Xocalıya növbəti köç yola salınıb

Mayın 22-də Xocalıya 5 nəfər olmaqla 1 ailə, Ballıcaya isə 8 ailə olmaqla 29 nəfər köçürülüb. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin Dövlət Komitəsindən bildirilib.
Xocalının Ballıca kəndi 2023-cü il sentyabrin 19-20-də Qarabağda keçirilən lokal antiterror tədbirləri məticəsində Azərbaycan Ordusunun tərəfindən azad edilib.
Prezident İlham Əliyev oktyabrın 15-də Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
İkinci Qarabağ Müharibəsindən sonra 9306 nəfər olmaqla 2400 ailə işğaldan azad olmuş ərazilərə köçürülüb.
Gülnar