• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Bank problemə aydınlıq gətirməlidir - Ekspert

Mərkəzi Bank problemə aydınlıq gətirməlidir - Ekspert
22.05.2025 13:01

Mərkəzi Bank vətəndaşların kartlarından son 4 ayda oğurlanan 6 milyonla bağlı açıqlama verməlidir. Bunu İKT üzrə ekspert Osman Gündüz öz facebook hesabında yazıb. 

Bir gün öncə Daxili İşlər Nazirliyi son 4 ayda vətəndaşların kart hesablarından 6 milyon manatın oğurlanması ilə bağlı məlumat yayıb. 

"Bir çoxları, ümumiyyətlə, kartlarından oğurluq haqqında rəsmi məlumat vermir, bu o deməkdir ki, hər ay kartlardan təxminən 2 milyon manat talanır: “Əslində bu rəsmi açıqlamadan sonra Mərkəzi Bank dərhal reaksiya verməli, problemə aydınlıq gətirməli idi. Hələlik isə bunlar müşahidə olunmur. Kütləvi talamalar tam adiləşib. Artıq hər gün gözləyirik ki, DİN rəsmisi kartlardan nə qədər pul oğurlandığını açıqlayacaq. Bu nə vaxta qədər belə davam edəcək? Mərkəzi Bank, banklar, hökumət və hüquq-mühafizə qurumları bu təhlükəyə qarşı konkret nəticə verəcək tədbirləri nə vaxt görəcək? Maarifləndirmə və rəqəmsal savadlılıqla bu problemi tez bir zamanda həll etmək çətin olacaq”, - Osman Gündüz bildirib. 

Ekspert problemin həlli ilə bağlı 5 təklif irəli sürüb. 

 

“Birincisi, ən çox oğurluq olan banklar haqqında məlumatlar, şübhəsiz ki, Mərkəzi Bankda və DİN-dədir. Bu məlumatların açıqlanması banklara qarşı ciddi ictimai qınaq yarada bilər və maliyyə sektorunun məsuliyyətini daha da artıra bilərdi. Güman ki, banklar ciddi itkilər verə biləcəyindən Mərkəzi Bank bu tip məlumatları açıqlamayacaq. 

DİN-in hər gün açıqladığı statistika çox əhəmiyyətlidir. Düşünmək olar ki, DİN-ə qarşı da müəyyən təsirlər var ki, ən çox talanma olan bankların adları açıqlanmasın. Belə olan halda isə, bu problemin qanunvericilik baxımından həll edilməsi mövcud problemin həllinə çox kömək edə bilərdi.

İkincisi, Mərkəzi Bank qaydalarına əl gəzdirməlidir, identifikasiya işləri sərtləşdirilməlidir, banklar oğurlanmış vəsaitlərə görə məsuliyyət daşımalıdır.

“Siz təsdiqləmisiniz” deyərək məsuliyyətdən yayınmaq qəbulolunmazdır. Mobil tətbiqlərin kodları audit olunmalıdır, əvvəllər problemi olan banklardan məlumat sızması araşdırılmalıdır.

Üçüncüsü, banklarda və mobil operatorlarda müştəri məlumatlarına çıxışı olan şəxslərə nəzarət gücləndirilməli, daxili audit sistemləri qurulmalıdır. Xarici vətəndaşların bu sahədə işləməsi qanunla məhdudlaşdırılmalıdır.

Maraqlıdır ki, mövcud hüquqi normalara görə, kritik qurumu audit edən kiber provayderdə xarici vətəndaş işləyə bilməz, amma kritik qurumun həssas strukturlarında “xarici vətəndaş işləyə bilməz” deyə bir müddəa yoxdur.

Dördüncüsü, mobil tətbiqlərdə “kreditə STOP” və kartdan oğurluqla bağlı anında məlumat verilməsi üçün “SOS” əlaqə imkanı yaradılmalıdır.

Beşincisi isə, fərdi məlumatların qorunması haqqında qanun sərtləşdirilməli, bank kartlarından talama ilə bağlı cinayət məsuliyyəti ağırlaşdırılmalı, bankların və operatorların hüquqi məsuliyyəti konkretləşdirilməlidir və s”, 0 o əlavə edib. 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol