• $ 1.7
  • € 1.9265
  • ₽ 0.021007
  • ₺ 0.0438
  • £ 2.2837

İqtisadçı alimlər və ekspertlər Nazim Bəydəmirli ilə bağlı Prezidentə müraciət ediblər

İqtisadçı alimlər və ekspertlər Nazim Bəydəmirli ilə bağlı Prezidentə müraciət ediblər
22.05.2025 13:32

Bir qrup iqtisadçı alimlər və ekspertlər həbsdə olan iş adamı, iqtisadçı alim Nazim Bəydəmirlinin əfv edilməsi ilə bağlı Prezidentə müraciət ediblər. 

 Hörmətli, cənab Prezident! Nazim müəllim həm millət vəkili olduğu dövrdə, həm də sonrakı illərdə ictimai xadim, iş adamı kimi dövlətimizin, cəmiyyətimizin maraqları ilə bağlı olduqca faydalı işlər görüb. O, ictimai çıxışlarında ölkəmizin uğurlarını qeyd etməklə yanaşı, mövcud iqtisadi problemlərin həlli yollarını da həmişə göstərməyə çalışmış, təkliflər verib. Bu da Sizin ölkəmizdə ictimai nəzarətin vacibliyi ilə bağlı çıxışlarınızda qoyulan tələblərə tamamilə uyğundur. Nazim müəllim həmçinin biznes fəaliyyətində nümunəvi iş adamlarımızdan biridir. Öz fəaliyyətində qanunçuluğu, şəffaflığı ali dəyər hesab edərək təşviq edib, sahibkarların hüquqi maarifləndirilməsinə çalışıb, vergi intizamına dəvət edib.  Nazim Bəydəmirli hazırda 62 yaşındadır, ömrünün 2 ilə yaxınını həbsxanada keçirib, səhhətində ciddi problemlər var. Sizdən xahiş edirik ki, həmişə olduğu kimi bu dəfə də humanizm prinsiplərini rəhbər tutaraq, Milli Məclisin keçmiş üzvü, ziyalı, iqtisadçı-alim kimi onun fəaliyyətini, səhhətinin hazırki durumunu nəzərə alaraq, Nazim Bəydəmirlini əfv edəsiniz. Əvvəlcədən Sizə minnətdarlığımızı bildiririk", - məlumatda deyilir. 

Müraciəti ünvanlayan şəxslər aşağıdakilardır: 


Sabit Bağırov, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Rasim Həsənov
İqtisad elmləri doktoru, İqtisad Universitetinin professoru İnqilab Əhmədov
İqtisad elmləri doktoru, Xəzər Universitetinin professoru Azər Mehtiyev
İqtisadiyyat üzrə fəlsəfə doktoru, İqtisad Universitetinin dosenti Elçin Rəşid
İqtisadçı ekspert Samir Əliyev
İqtisadçı ekspert Zöhrab İsmayıl
İqtisadçı ekspert Vahid Məhərrəmov.

İqtisadi ekspert Vahid Məhərrəmov belə bir müraciətin yazılmasını anews.az-a təsdiqləyib.

Bir müddətdir Əfv Komissiyasınıın iclasları keçirilib. Yaxın zamanlarda Prezidentin Əfv sərəncamı verilməsi gözlənilir. 

Bəydəmirli 2024-cü ilin sentyabrında 8 il müddətinə həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4 (xeyli miqdarda əmlak tələb etmək məqsədilə hədə-qorxu ilə tələb etmə- xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb. 

Gülnar Nazimqızı 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyev Səhiyyə Nazirliyi ilə bağlı yeni sərəncam imzalayıb
Cəmiyyət 14:47
Əliyev Səhiyyə Nazirliyi ilə bağlı yeni sərəncam imzalayıb
Biz imkanlı bağçanın imkanlı texniki işçiləriyik - Bağçada qutab qonaqlığı/VİDEO
Cəmiyyət 14:25
Biz imkanlı bağçanın imkanlı texniki işçiləriyik - Bağçada qutab qonaqlığı/VİDEO
II və III qruplar həftəsonu imtahan verəcək
Cəmiyyət 14:00
II və III qruplar həftəsonu imtahan verəcək
İqtisadçı alimlər və ekspertlər Nazim Bəydəmirli ilə bağlı Prezidentə müraciət ediblər
Cəmiyyət 13:32
İqtisadçı alimlər və ekspertlər Nazim Bəydəmirli ilə bağlı Prezidentə müraciət ediblər
Mərkəzi Bank problemə aydınlıq gətirməlidir - Ekspert
Cəmiyyət 13:01
Mərkəzi Bank problemə aydınlıq gətirməlidir - Ekspert
Sabah 31 dərəcə isti olacaq
Cəmiyyət 12:33
Sabah 31 dərəcə isti olacaq
Xocalıya növbəti köç yola salınıb
Cəmiyyət 12:17
Xocalıya növbəti köç yola salınıb
Kənan Qulizadəyə yeni vəzifə verilib
Cəmiyyət 12:09
Kənan Qulizadəyə yeni vəzifə verilib
Ceyhun Rüstəmov QMİ-nin yeddinci sədr müavini olub
Cəmiyyət 11:39
Ceyhun Rüstəmov QMİ-nin yeddinci sədr müavini olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol