Biz imkanlı bağçanın imkanlı texniki işçiləriyik - Bağçada qutab qonaqlığı/VİDEO

78 saylı bağçada texniki işçilərin qutab bişirməsi iddia olunur. Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Videoda texniki işçilər tərəfindən "bura imkanlı bağçadır. ot qutabı yox, ət qutabı bişiririk", - ifadələri işlədilir.
Nazirlər Kabinetinin qida ilə bağlı qərarında bağçalarda uşaqlara qutab verilməsi ilə bağlı hər hansı qərarı yoxdur.
78 saylı faktı anews.az-a təsdiq ediblər.
"Bir müddət öncə bağçanın yeni rəhbərliyi qeyri-iş günü uşaq bağçasında iməclik keçirilib. Görntülər həmin vaxt çəkilib. İşçilər iməclik zamanı özlərinə qutab bişiriblər", - açıqlamada deyilir.
Gülnar