• $ 1.7
  • € 1.9265
  • ₽ 0.021007
  • ₺ 0.0438
  • £ 2.2837

İmtahandan qayıdan 12 yaşlı uşaq iki kişi tərəfindən zorakılığa məruz qalıb - Video

İmtahandan qayıdan 12 yaşlı uşaq iki kişi tərəfindən zorakılığa məruz qalıb - Video
22.05.2025 17:41

Bərdə rayonunda imtahandan qayıdan 12 yaşlı Hüseynxanlı Altay 45-50 yaşlarında iki kişi tərəfindən hücuma məruz qalıb. Bu barədə Bakues.az məlumat yayıb.

Altayın anası Aydan Quliyevanın sözlərinə görə, imtahana gedən oğlu 17 may saat 16:00-17:00 radələrində tanımadıqları iki kişi tərəfindən fiziki zorakılıqla üzləşib.

 “Oğlum imtahandan qayıdanda Cəfər Cabbarlı küçəsində dostu və sinif yoldaşı ilə görüşərək bir az vaxt keçiriblər. Dostu oğlumu evə yola salmaq üçün küçəylə bərabər gələndə eyni yaşlarda olan bir uşaq onlara sataşıb. Oğlumu və dostumu söyüb, nalayiq əl hərəkəti edib. Oğlum həmin uşağa yaxınlaşaraq söyməyinin səbəbini soruşub. Uşaq oğlumu itələyib və şillə vurub. Oğlum da cavab olaraq ona şillə vurub. Evləri yaxınlıqda yerləşən uşaq qaçaraq, atasına xəbər verib. 52 yaşlı ata təxminən 40-45 yaşlı xalası oğlu ilə “Mersedes” markalı maşınla oğlumun dalınca düşüblər. Oğlumu saxlayandan sonra onun şillə vurub-vurmadığını soruşublar. Oğlum da “Hə, əmi, vurmuşam. Biz yolu keçəndə bizi söydü, sonra isə mənə əl atdı”, - cavabını verib.

Bundan sonra həmin şəxslər maşının qapısını açaraq, uşağımı tutmaq istəyəndə qaçıb. Onlar oğlumu əvvəl maşınla, sonra isə piyada Alaçadırlı kəndinə kimi qovalayıblar. Həmin şəxslərdən qaçan oğlum bir mağazaya girib. Lakin onlar oğlumu mağazadan zorla çölə çıxarıb, belinə və başına zərbələr endiriblər. Daha sonra isə zorla harasa aparmağa çalışıblar. Lakin kəndin sakinləri uşağımı onların əllərindən almağı bacarıblar”, - o bildirib. 

Valideyn qeyd edib ki, övladı yaşadığı bu hadisədən sonra qorxu içində yaşayır. O, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini də əlavə edib.

 “Ölkəmizdə uşaq hüquqları qorunur. Ölkəmiz dərəbəylik deyil ki, hər yoldan keçən uşaqlara psixoloji travma yaşatsın. Oğlum evə çox pis vəziyyətdə gətirildi. Yekə kişilərin azyaşlı uşağı bu hala salması nə dərəcədə doğrudur?! Əgər uşağımın səhvi varsa, üzr istəməyə hazırıq. Lakin 40-50 yaşlı kişilərin 12 yaşlı uşağa bu cür qorxu yaşatması qəbuledilməzdir. Övladım hazırda qorxuyla yaşayır, gecə yatdığı yerdə qışqırır. Xahiş edirəm ki, uşağıma bu halı yaşadanlar öz cəzasını çəksin”, - valideyn qeyd edib. 

Mövzuya aid videogörüntünü təqdim edirik:

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:54
Bu ərazilərdə qaz olmayacaq
Siyəzəndə avtomobil aşıb, bir ailənin 4 üzvü xəsarət alıb
Cəmiyyət 19:50
Siyəzəndə avtomobil aşıb, bir ailənin 4 üzvü xəsarət alıb
“Azercell”in prezidenti “GSMA M360 Eurasia 2025” konfransında çıxış edib
Cəmiyyət 19:29
“Azercell”in prezidenti “GSMA M360 Eurasia 2025” konfransında çıxış edib
Azərbaycanda “Kərimə dövləti” qurmaq istəyənlərə hökm oxunub
Cəmiyyət 19:08
Azərbaycanda “Kərimə dövləti” qurmaq istəyənlərə hökm oxunub
Naxçıvanda cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşya keçirən şəxslər saxlanılıb
Cəmiyyət 18:55
Naxçıvanda cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşya keçirən şəxslər saxlanılıb
500-ə yaxın musiqi müəllimi attestasiya imtahanından keçməyib
Cəmiyyət 18:54
500-ə yaxın musiqi müəllimi attestasiya imtahanından keçməyib
Qazaxda yük maşını qatarla toqquşub, xəsarət alan var
Cəmiyyət 18:19
Qazaxda yük maşını qatarla toqquşub, xəsarət alan var
İmtahandan qayıdan 12 yaşlı uşaq iki kişi tərəfindən zorakılığa məruz qalıb - Video
Cəmiyyət 17:41
İmtahandan qayıdan 12 yaşlı uşaq iki kişi tərəfindən zorakılığa məruz qalıb - Video
Qəbələnin bir kəndində qaz kəsiləcək
Cəmiyyət 17:34
Qəbələnin bir kəndində qaz kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol