Qazaxda yük maşını qatarla toqquşub, xəsarət alan var

Qazaxda yük maşını qatarla toqquşub.
APA-nın məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb. “Ford” markalı yük maşınının qatarla toqquşması nəticəsində 1978-ci il təvəllüdlü Tovuz rayon sakini Ə.Şirinov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub.