PUA Akademiyasının buraxılış mərasimi keçirilib

Cari ilin hazırlıq planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) Pilotsuz Uçuş Aparatları Akademiyasında "Orbiter 3HC" pilotsuz uçuş aparatları sistemləri mütəxəsislərinin buraxılış mərasimi keçirilib.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əvvəlcə Heydər Əliyev və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
General-mayor Namiq Bayramov məzunları buraxılış münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Kurs zamanı dərslər Vətən müharibəsi və son döyüş əməliyyatlarında qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla keçirilib.
Sonda kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunub.