Bloqerlərə reklam QADAĞASI

Reklam daşıyıcılarının əhatə dairəsi genişlənib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Reklam haqqında” Qanuna dəyişiklikdə əksini tapıb.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, texnobloqer Fərid Pərdəşünas sosial şəbəkə hesabında yeni dəyişikliklə bağlı paylaşım edib.
"İnfluenser və bloqqerlər üçün qanun dəyişdi. Bundan sonra hər bir influenser və ya bloger sosial media hesablarından etdiyi reklamlarda məcburi şəkildə "reklam", "reklam hüququ əsasında", "sponsorluq" və ya "tərəfdaşlıq" qeydini əlavə etməlidir.
Bundan başqa, influenserə özü istifadə etmədiyi məhsulu istifadə edirmiş kimi göstərib reklam etmək qadağan olunur.
Hər bir influenser VÖEN sahibi olmalı və hüquqi məlumatlarını qeyd etməlidir.
Azərbaycan qanunvericiliyində influenserlər rəqəmsal platforma təsirçiləri olaraq arlandırıldı. Qanun isə artıq qüvvəyə mindi", - deyə Pərdəşünas bildirib.