Bu il Qarabağ Universitetində plan yerlərinin sayı nə qədər olacaq? - Açıqlama

Qarabağ Universitetində bu il təhsil plan yerləri 28% artırılıb və1400-dən çox tələbənin qəbul ediləcəyi gözlənilir. Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
“Mütəxəssislər hesab edir ki, Qarabağ Universiteti yaxın 5 il ərzində Cənubi Qafqazın ən nüfuzlu ali təhsil ocaqlarından birinə çevrilə bilər”, - Abbaszadə mayın 23-də qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransı zamanı bildirib.
Cari ilin 25 may tarixində keçiriləcək imtahanda ümumilikdə 54.246 nəfər iştirak edəcək.
Aytac Zeynalova