Narkomanların tapılmasında vətəndaşlar da iştirak etsin - Deputat

Narkotiklə satışı ilə məşğul olan şəbəkələrin ifşa olunmasında vətəndaşlar yaxından iştirak etməlidir. Bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.
"Bu günlərdə Yasamalda vətəndaşlar yaşayış binasına kamera quraşdırmaqla narkotiklə məşğul olan şəbəkənin ifşasında iştirak ediblər. Bu çox yaxşı addımdır. Mən bu cür adamların həbs olunmasının tərəfdarı da deyiləm. Çünki onlar həbsxanalarda sağlam insanların psixologiyasına mənfi təsir edirlər. Amma bu cür şəbəkələr birlikdə aşkara çıxarılmalıdır", - deputat mayın 23-də Parlamentdə çıxışı zamanı deyib.
Deputat vurğulayıb ki, məktəb ətraflarında olan satış mərkəzlərinin ifşa etmək daha vacibdir.
Gülnar Nazimqızı