Bu il dövlət sifarişi əsasında ayrılmış yerlərin sayı 2% artırılıb

2025-ci il dövlət sifarişi əsasında ayrılmış yerlərin sayı əvvəlki illə müqayisədə təxminən 2% artaraq 568 yer çoxalıb. Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
“Dövlət sifarişli yerlər üzrə rəqabət daha gərgin olacaq, çünki əsas müsabiqə məhz bu kateqoriya üzrə formalaşır. Ali təhsil müəssisələrində qəbul planı 1.300 yer artırılıb ki, bu da təxminən 2%-lik ümumi artım deməkdir", - o deyib.
Abbaszədə əlavə edib ki, 11 illik məktəb məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul planında da artım var.
“Verilən yerlərin sayı keçən illə müqayisədə 28% artaraq, bu il üçün 15.874 nəfər qəbul ediləcək. 9-cu sinif məzunları üçün ayrılan yerlərin sayı 25% azalıb. Keçən il bu kateqoriya üzrə 10.930 nəfər qəbul olunmuşdusa, bu il bu rəqəm 8.144 nəfərə enib", - DİM sədri qeyd edib.
Aytac Zeynalova