Universitetlərə tələbə qəbulu üçün plan yerlərinin sayı açıqlanıb

2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu üçün 60 min 489 plan yeri ayrılıb. Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
“Plan yerlərinin 28 min 401-i dövlə i dövlət sifarişlidir. Dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə 2.04% və ya 568 yer artıb. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərində hər hansı dəyişiklik nəzərdə tutulmur və ötən illərdə olduğu kimi, ümumi 200, imtahanın ikinci mərhələsində 100 (bəzi ixtisaslar üzrə ümumi 150 və ikinci mərhələ üçün 50) bal toplayanlar ixtisas seçimində iştirak edə biləcəklər.Plan yerləri hər qrupda fərqlidir. Bu il üçün I ixtisas qrupunda 455, II qrupda 388, III qrupda 124, IV qrupda isə 114, ümumiikdə 1 309 yer artım olub",- o əlavə edib.
Aytac Zeynalova