Deputat parlamentdəMSK üzvlərinin problemini səsləndirib

Azərbaycanda və ölkədən kənarda bütün seçkiləri keçirən Mərkəzi Seçki Komissiyasının sədrindən başqa heç bir üzvünə diplomatik pasport verilmir. Bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.
"Necə illərdir MSK sədrindən başqa heç bir müavin və katibə diplomatik pasportun verilməsi nəzərdə tutulur. Bu qurum bütün seçkiləri keçirir. Başqa ölkələrə müşahidəçi kimi gedirlər. Dövlətin ciddi siyasi funksiyasını həyata keçirən şəxslərə bu pasportların verilməsi vacibdir. Bu cür dəyişikliklərə kompleks baxılmalıdır. Heç olmasa sədrdən başqa müavin və katiblərə bu hüquq verilsin", - deputat mayın 23-də “Pasportlar haqqında” qanuna münasibət bildirərkən deyib.
Deputat bildirib ki, Mərkəzi Seçki Komissiyasının üzvləri üçün heç bir sosial imtiyaz belə nəzərdə tutulmur.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 