Lənkəranda marketdə partlayış baş verib,xəsarət alan var

Lənkəranda partlayış olub.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Lənkəran rayonunun Şovu kəndində mağazaların birində baş verib.
Partlayış satıcı Mahir Cəbrayılov işlədiyi mağazanı açıb elektrik avadanlıqlarını işə salarkən olub.Mahir Cəbrayılov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Partlayışa soyuduculardan birinin qaz balonunun sıradan çıxmasının səbəb olduğu bildirilir.
Fakt üzrə araşdırma davam etdirilir.