Azərbaycan ordusunun hərbçisi minaya düşüb

Mayın 29-da Azərbaycan Ordusunun hərbi qulluqçusu Xudaverdi Sadıqov Kəlbəcər istiqamətində piyada əlehinə minaya düşərək xəsarət alıb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Mayın 29-da saat 10:10 radələrində Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin əraziləri mina və partlamamış döyüş sursatlarından təmizləməsi zamanı hərbi qulluqçumuz Sadıqov Xudaverdi Həsən oğlu ermənilər tərəfindən basdırılmış piyada əleyhinə minaya düşərək sol ayağından xəsarət alıb. Dərhal ilkin tibbi yardım göstərilən hərbi qulluqçumuz ixtisaslı müayinə və müalicə olunması üçün yaxınlıqdakı hərbi hospitala təxliyə olunub", - məlumatda deyilir.
Azərbaycanda da mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur. Onların 359 nəfərini uşaqlar təşkil edir. 38 nəfəri qadınlardır.
Təkcə İkinci Qarabağ Müharibəsindən sonra mina qurbanlarının sayı 382 nəfər təşkil edib. Onların 55 nəfəri həlak olub. Minaya düşənlərin 143 nəfəri isə mülki şəxslərdir.
Azərbaycan minaların yerləşdirilməsinə görə Avropada üçüncü, düynada isə ilk onluqda yer alan ölkələr sırasındadır.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 