Zabratda su kəsiləcək

Sabah Zabrat qəsəbəsində suyun verilməsində fasilə yaranacaq.Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.
Bildirilir ki, Zabrat qəsəbəsini içməli su ilə təchiz edən magistral xətdə aparılacaq təmir və bərpa işləri ilə əlaqədar 30 may səhər saatlarından axşam saatlarınadək qəsəbəyə suyun verilməsində fasilə yaranacaq.
Təmir işləri yekunlaşdırıldıqdan sonra suyun əvvəlki rejimlə verilməsi təmin ediləcək.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 