• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda sürüşmə təhlükəsi artan ərazilər - SİYAHI

Azərbaycanda sürüşmə təhlükəsi artan ərazilər - SİYAHI
09.01.2014 10:20
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutu ölkə ərazisində sürüşmə təhlükəsi olan ərazilərin adlarını açıqlayıb.İnstitutun elmi işlər üzrə direktor müavini, elmlər doktoru Elbrus Əlizadə Trend-ə bildirib ki, işğal olunmuş ərazilər istisna olmaqla, bütün ölkə ərazisində sürüşmə ilə əlaqədar tədqiqatlar aparıblar. Tədqiqat işləri nəticəsində ölkə ərazisinin sürüşmə təhlükəliliyi dərəcəsi müəyyən edilib.E.Əlizadə deyib ki, Azərbaycanda potensial sürüşmə təhlükəsi olan ərazilər İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran rayonları, qismən isə Quba və Qusar rayonlarıdır.Alimin sözlərinə görə, son dövrlərdə ölkənin sürüşmə ehtimalı az olan rayonlarında da sürüşmənin baş vermə ehtimalları artıb. Belə ərazilər Lənkəran, Lerik, Yardımlı, Göygöl, Daşkəsən və Gədəbəydir: "Kiçik Qafqazda Göygöl rayonu insan amili nəticəsində artıq sürüşmə baxımından çox təhlükəli zonaya çevrilib. Lənkəran-Astara zonası həmişə sürüşmə təhlükəsi az olan ərazi hesab edilsə də, son illərdə həmin ərazilərdə tez-tez sürüşmələr baş verir. Ərazinin həddindən artıq yüklənməsi, yolların çəkilməsi, dayanıqlığın pozulması nəticəsində Lənkəran-Lerik yolunda cox tez-tez sürüşmələr baş verir. Cünki yol çəkilərkən, ümumiyyətlə, hansısa infrastruktur salınarkən yamacların dayanıqlığını gözləmək məqsədilə istinad divarları salınmalıdır. Ərazidən artıq qrunt sularını çıxarmaq üçün hər 50-100 metrdən xüsusi qurğular qoyulmalıdır. Ancaq bizdə bunlara az əməl edildiyinə görə sürüşmə ehtimalı az olan yerdə sürüşmə baş verir. Anomaliya da budur".E.Əlizadə deyib ki, əslində, Şamaxı, Ağsu və İsmayıllı, Xızıda sürüşmələrin baş verməsi gözləniləndir və bu proseslər baş verir. Sadəcə indi həmin ərazilərdə sürüşmələrin miqyasi artıb: "Amma Lənkəran zonasında sürüşmələrin intensivləşməsi, Göygöl, Daşkəsən və Gədəbəydə sürüşmələrin miqyasının artması birbaşa insan amili ilə bağlıdır. Orada sürüşmələrin olma ehtimalı çox az olsa da, insan amili nəticəsində bu ehtimal çox artıb".O qeyd edib ki, təqribi hesablamalara görə, ölkə ərazisinin ən azı 25-26 faizinin potensial sürüşmə təhlükəsi var.İnstitutun direktor müavinin bildirdiyinə görə, ölkə ərazisində sürüşmənin olmasından təəccüblənmək lazım deyil. Azərbaycan dağlıq ərazidə yerləşdiyindən və dağlıq ərazidə də süxurlar sürüşməyə meyilli olduğundan rütubətlilik artan zaman sürüşmə olmalıdır: "Bu, sensasiya deyil. Bizi narahat edən odur ki, sürüşmənin mqiyası artıb. Təbii halda, insan təsiri olmadan baş verə biləcək sürüşmə sahələri ölkənin çox sahəsini əhatə etməməlidir. Ancaq dağlıq ərazilərə antropogen təsirlərin artması, tikintilərin həddindən çox aparılması, yolların çəkilməsi, turizm obyektlərinin tikilməsi, həddindən artıq mal-qara otarılması yamacların dayanıqlığını pozub".Hazırda Azərbaycanın sürüşmə sahələrində sabitliyin olduğunu deyən mütəxəssisin sözlərinə görə, mart-aprel-may aylarında sürüşmənin xeyli intensivləşəcəyi gözlənilir.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol