Tərtər sakini Ağdərədə minaya düşüb - Yenilənib

Ağdərə rayonunda minaya düşən şəxs Tərtər xəstəxanasına yerləşdirilib.
"Report"un məlumatına görə, Ağdərə rayonunun Qırmızı kənd ərazisində minaya düşərək xəsarət alan 1978-ci il təvəllüdlü Tərtər rayonu Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu ərazidən çıxarılıb.
Tərtər Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdirilən yaralaya ilkin tibbi yardım göstərilib.
Telman Hüseynov sol ayağının pəncəsi və ayağının aşağı hissəsində çoxsaylı qəlpə yaraları alıb. Yaralının Bərdə Rayon Mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə köçürüləcəyi bildirilib.
19:26
Ağdərə rayonu ərazisində mülki şəxs minaya düşüb.
"Report" xəbər verir ki, hadisə rayonun Qırmızı kənd ərazisində qeydə alınıb.
Məlumata görə, Tərtər rayonu Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu ərazidə mal-qara otararkən minaya düşüb.
Hadisə yerinə aidiyyəti üzrə hüquq mühafizə orqanları və ANAMA əməkdaşları cəlb olunub.
Son xəbərlər
Daha çox 