• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

İmişli Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov həbs edilib

İmişli Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov həbs edilib
31.05.2025 15:30

İmişli rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov həbs edilib.Bu barədə Lent.az mənbələrə istinadən məlumat yayıb.

Saytın yazdığına görə, Saleh Səmədov bir neçə gün əvvəl hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsi üzrə həbs qətimkan tədbiri seçilib.

Hüquq-mühafizə orqanlarından hələlik məsələyə şərh verilməyib.

Mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə Günü münasibətilə təşkil olunan tədbirdə sədr Saleh Səmədovun SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etməsi qalmaqala səbəb olub. Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbədənkənar iclası keçirilərək o, vəzifədən uzaqlaşdırılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda görmə əngəlli qadını öldürən şəxs saxlanılıb
Cəmiyyət 23:42
Xaçmazda görmə əngəlli qadını öldürən şəxs saxlanılıb
Şəmkirdə minik avtomobili dərəyə aşıb, xəsarət alanlar var
Cəmiyyət 23:00
Şəmkirdə minik avtomobili dərəyə aşıb, xəsarət alanlar var
Bakıda cəzaçəkmə müəssisəsində binanın dam örtüyü uçub
Cəmiyyət 22:36
Bakıda cəzaçəkmə müəssisəsində binanın dam örtüyü uçub
Kəlbəcərdə traktor minaya düşüb - Yenilənib
Cəmiyyət 21:07
Kəlbəcərdə traktor minaya düşüb - Yenilənib
Qəbul imtahanına düşən bir sualda texniki səhvə yol verilib - DİM-dən AÇIQLAMA
Cəmiyyət 20:51
Qəbul imtahanına düşən bir sualda texniki səhvə yol verilib - DİM-dən AÇIQLAMA
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 19:02
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Hava ilə baglı XƏBƏRDARLIQ
Cəmiyyət 18:53
Hava ilə baglı XƏBƏRDARLIQ
“Air Astana” Bakı–Atırau–Bakı marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib
Cəmiyyət 17:24
“Air Astana” Bakı–Atırau–Bakı marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 15:19
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol