Şuşa Realnı məktəbin gələn il fəaliyyətə başlayacağı planlaşdırılır

Şuşa Realnı Məktəbi 2026-ci ilin sentyabrında fəaliyyətə başlayacaq. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, Qarabağ Universitetinin İncəsənət fakültəsi növbəti ilin sentyabrından həmin məktəbdə davam etdiriləcək.
Bundan əvvəl nazir mətbuata açıqlamasında bildirib ki, Şuşa Realnı məktəbi orta məktəb kimi fəaliyyət göstəməyəcək. Məktəb yalnız ali və orta ixtisaslar tədris olunacaq.
Şuşa Realnı məktəbi 1881-ci il Şuşada tikilib. Şuşa işğal olunduqdan sonra məktəb ermənilər tərəfindən yandırılaraq xarabalığa çevrilmişdi.
Gülnar
Son xəbərlər
Daha çox 