• $ 1.7
  • € 1.9324
  • ₽ 0.021932
  • ₺ 0.0433
  • £ 2.2936

Mayda müşahidə olunan hava açıqlanıb

Mayda müşahidə olunan hava açıqlanıb
02.06.2025 17:28

2025-ci ilin mayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 26 gün normadan yuxarı (0.2-6 dərəcə) olub.

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, 4 gün normadan aşağı (0,2-1,2 dərəcə), 1 gün norma daxilində olub, orta aylıq temperatur isə müsbət 20,4 dərəcə qeydə alınıb.

May ayı ərzində ölkə üzrə maksimal temperatur mayın 31-də Kürdəmirdə 37,6 dərəcə isti, Bakıda və Abşeron yarımadasında isə mayın 30-da 33,5 dərəcə isti qeydə alınıb. Minimal temperatur isə ölkə üzrə mayın 7-də Şahdağda -1 dərəcə şaxta, Bakıda və Abşeron yarımadasında isə mayın 1-də 9,8 dərəcə isti müşahidə olunub.

May ayında əksər bölgələrdə yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub. Bölgələr üzrə 25 gün yağıntılı hava şəraiti müşahidə edilib. Ən çox yağıntı aylıq normanın 203 faizi olmaqla Mərkəzi Aran zonasına (Hacıqabul 54 mm) və aylıq normanın 68 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Maştağa 14 mm) düşüb.

Ölkədə mayda 27 dəfə dolu hadisəsi qeydə alınıb. Dolunun ən böyük diametri Kəlbəcər rayonunda 30-35 mm olub.

Mayın bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 12 dəfə sarı və narıncı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında 17 gün, bölgələrdə isə 22 gün hava şəraiti küləkli keçib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, həmçinin bölgələrdə 28 m/s-dək güclənib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hər il təxminən 600 milyon insan qida mənşəli xəstəliklərə yoluxur
Cəmiyyət 09:41
Hər il təxminən 600 milyon insan qida mənşəli xəstəliklərə yoluxur
Çaylarda sululuq artıb
Cəmiyyət 09:23
Çaylarda sululuq artıb
Ailənin 4 üzvü yanaraq ölüb - Yenilənib
Cəmiyyət 08:58
Ailənin 4 üzvü yanaraq ölüb - Yenilənib
Bəzi yollarda tıxac var - Siyahı
Cəmiyyət 08:49
Bəzi yollarda tıxac var - Siyahı
Sabirabadda külək tikilinin damını avtomobilin üstünə aşırıb
Cəmiyyət 22:30
Sabirabadda külək tikilinin damını avtomobilin üstünə aşırıb
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:00
Sabah bu ərazilərdə qaz olmayacaq
Sumqayıtda istifadədə olmayan zavod ərazisində yanğın baş verib
Cəmiyyət 20:37
Sumqayıtda istifadədə olmayan zavod ərazisində yanğın baş verib
İstanbuldan Gəncə və Naxçıvana yeni reys açılıb
Cəmiyyət 18:57
İstanbuldan Gəncə və Naxçıvana yeni reys açılıb
Qripə yoluxma halları artıb -Vətəndaşlara çağırış
Cəmiyyət 17:40
Qripə yoluxma halları artıb -Vətəndaşlara çağırış
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol