Sumqayıtda istifadədə olmayan zavod ərazisində yanğın baş verib

Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində yerləşən köhnə zavodlardan birinin həyətində yanğın hadisəsi baş verib.Bu narədə APA xəbər verir.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alovun ətraf ərazilərə, yaxınlıqdakı emalatxanalara keçməsinin qarşısı alınıb.
Yanğın tamamilə söndürülüb,səbəbləri araşdırılır.