Şərurun kənd yolunda qaya uçqunu olub

Naxçıvanın Şərur rayonunun Havuş kəndinə gedən avtomobil yolunun dağlıq hissəsində qaya uçqunu baş verib.
Nəticədə iri qaya parçaları yolun hərəkət hissəsinə düşüb.
Hadisə baş verən kimi Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin müvafiq texnika və canlı qüvvəsi əraziyə cəlb olunub. İri ölçülü qaya parçaları texniki vasitələrlə yerindəcə parçalanaraq ərazidən çıxarılıb.
Hazırda yolda təhlükəsizlik təmin edilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























