• $
  • €
  • ₽
  • ₺
  • £

Diqqət: Maqnit təlatümləri gözlənilir

Diqqət: Maqnit təlatümləri gözlənilir
08.01.2014 16:18
Günəşdə baş verən son partlayışla əlaqədar Yerdə zəif maqnit təlatümləri gözlənilə bilər.Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov deyib.Onun sözlərinə görə, yanvarın 7-də Günəşdə X gücünə yaxın güclü alışma olub. Ancaq bu proses nəticəsində Yerdə güclü katostrafik hadisənin olacağı gözlənilmir.N.Cəlilov deyib ki, sabahdan zəif maqnit təlatümlərinin olacağı gözlənilir: "Adətən, alışma nəticəsində atılan hissəçiklər Yer kürəsinə 2-3 gündən sonra gəlib çatır. Bu, alışma nəticəsində atılan kütlənin enerjisindən, miqdarından asılıdır. Böyük ehtimalı var ki, onun geoaktivliyi olsun. Yerdə bəzi maqnit təlatümləri gözlənilir".N.Cəlilov deyib ki, alışma nəticəsində yaranan güc o qədər böyük olmayıb.Onun sözlərinə görə, müxtəlif güclü alışma və tullantıların kvalikasiyası var: "Onların ən böyüyü X-dən yuxarıdır. Bu alışma isə hec X-ə çatmayıb. Ona görə də zəif təlatümlər gözlənilə bilər".N.Cəlilov deyib ki, bu təlatümləri ürək xəstəliklərindən və qan təzyiqindən əziyyət çəkən xəstələr hiss edə bilər.Maqnit təlatümlərinin günün hansı saatında insan səhhətinə daha aktiv təsir göstərə bilməsinə gəldikdə, mütəxəssis bildirib ki, burada günün hansı saatının olması rol oynamır. Maqnit təlatümləri günün istənilən saatında insan səhhətinə eyni formada təsir göstərir: "Çünki hissəçiklər adətən, Yerin qütblərindən daxil olur. Yerin qütblərindən maqnit sahəsi çıxır bə şimaldan cənuba doğru qapanır. Biz o "maqnit torbası"nın icərisində oluruq. O silkələnəndə biz istənilən vaxt onu hiss edirik. Bu isə günün istənilən vaxtında ola bilər".Qeyd edək ki, Rusiyanın Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi üzrə Federal Xidməti yanında Tətbiqi Geofizika İnstitutunun məlumatına görə, yanvarın 7-də saat 22:32-də (Bakı vaxtı ilə) Günəşdə partlayış baş verib. Son illərdə ən iri qrup ləkələrdən olan 1944 Yerdən iki dəfə böyükdür.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol